"İlk gecə reysləri Gəncə və Qırmızı körpü istiqamətində olacaq"-  AÇIQLAMA

17:07 26.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu reyslərin başlaması üçün hazırdırmı?

Bu barədə hafta.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib ki, oktyabr ayının birindən etibarən artıq reyslərə start veriləcək.

P.Məmmədova qeyd edib ki, bununla bağlı uzun müddətdir ki, hazırlıqlar gedir:

“İlk reys Gəncə və Qırmızı körpü istiqamətində olacaq. Avtobusların hər biri iritutumlu avtobsulardır. Bu da uzun yol üçün bütün standartlara cavab verir. Yol infrastrukturunun kifayət qədər yaxşı olması, bölgələrdən Bakıya gələn sərnişin təlabatını ödəmək üçün hələlik bu istiqamətlər seçilib.  Gecə reysləri test rejimindən uğurlu keçsə daha sonra bütün istiqamətlər üçün fəaliyyətə başlayacaq. Bütün avtobusların içərisində kameralar quraşdırılıb. Sürət həddini aşma kimi hallar baş verməyəcək. Ən maksimal sürət 90 km/saat hesablanıb. Bakı Beynəlxalq Avtovzağsal buna tam hazırdır”.